Nəhl Surəsi 87. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün (müşriklər) Allaha təslim olduqlarını bildirəcək uydurduqları (büt­)(lər) onlardan uzaqlaşıb qeyb olacaqlar.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) o gün (günahlarını etiraf edərək) Allaha təslim olacaq, özlərindən uydurub düzəltdikləri (bütlər) aradan çıxacaqlar!
Elmir Quliyev :
В тот день они изъявят Аллаху покорность, и покинет их (или исчезнет) то, что они измышляли.
Ələddin Sultanov:
O gün (müşriklər) Allaha təslim olacaqlar, uydurduqları (bütlər) yox olub gedəcəkdir.
Kerbelayi Malik ağa:
İzn günü onlar Allaha təslim olduqlarını bildirdilər. Uydurduqları şeylər (bütlər) onlardan uzaqlaşıb gedər.
Ələsgər Musayev:
O gün onlar Allahın əmrinə təslim olarlar iftira etdikləri yox olub aradan gedər!
A.Mehdiyev və D.Cəfərli:
Həmin gün (həqiqətləri öz gözləri ilə görüb yəqin etdikdən sonra, naçar qalıb) itaətkarcasına Allahın hüzuruna təslim olarlar (bütlərin şəfaəti köməyi barəsində) yalandan uydurduqları şey onlardan yox olaraq (gözlərindən) itər.
Kövsər Tağıyev:
Onlar o gün Allaha təslim olarlar uydurduqları şeylər isə onları darda qoyub yox olarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü onlar Allaha təslim olduqlarını bildirəcək uydurduqları (bütlər) onlardan yox olub gedəcəkdir.
Sabirə Dünyamalıyeva:
onlar, o gün, Allaha təslim oldular. Uydurmuş olduqları şeylər onlardan uzaqlaşıb getdi.