Məryəm Surəsi 87. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ər-Rəhmandan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.
Bünyadov-Məmmədəliyev:
Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar. (Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Rəhmanın izni ilə şəfaət etməyə layiqdirlər).
Elmir Quliyev :
Никто не обретет права заступничества , кроме тех, у кого был завет с Аллахом.
Ələddin Sultanov:
(O gün) Rəhmanın hüzurunda əhd (icazə) almış kimsələrdən başqaları şəfaət edə bilməyəcəklər.
Kerbelayi Malik ağa:
Rəhmanın dərgahında əhd alanlardan başqası şəfaətə malik ola bilməz.
Ələsgər Musayev:
Malik deyillər olsunlar şəfaətçi, ancaq o kəsdən başqa ki, alıbdır Rəhmanın yanından əhd.
A.Mehdiyev və D.Cəfərli:
(Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]
Kövsər Tağıyev:
Rəhmanın dərgahından söz alanlardan başqa heç kim şəfaət haqqına sahib olmayacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Mərhəmətli Allahdan əhd alanlardan başqa, heç kimin havadarlıq etmək [başqası üçün ağız açmaq] ixtiyarı olmayacaqdır.
Sabirə Dünyamalıyeva:
Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] dərgahından bir zəmanət vədi alan kimsədən başqa -heç kimə belə bir vəd verilməyib- onların heç bir köməyi olmayacaq.