Əlixan Musayev:
Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!
Elmir Quliyev
:
О те, которые уверовали! Не запрещайте блага, которые Аллах сделал дозволенными для вас, и не преступайте границы дозволенного. Воистину, Аллах не любит преступников.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Allahın sizə halal etdiyi yaxşı və təmiz nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın! Şübhəsiz, Allah həddi aşanları sevməz.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Allahın sizə halal etdiyi gözəl və təmiz şeyləri haram etməyin. Həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevməz.
Ələsgər Musayev:
Ay o kəslər ki,
inanırsınız! Haram etməyin pak olanları ki, Allah halal edıb
sizin üçün və həddi aşmayın. Həqiqətən, Allah sevməz həddi
aşanları!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allahın sizə halal etdiyi pak şeyləri (haram edilməmiş müxtəlif yaşayış vasitələrini) özünüzə haram etməyin və həddi aşmayın (halalın hədlərini aşaraq harama da keçməyin) ki, həqiqətən Allah həddi aşanları sevmir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı və təmiz nemətləri (özünüzə) haram etməyin və (Allahın qoyduğu) hədləri aşmayın. Çünki Allah həddi aşanları sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Allahın sizə halal etdiyi xoş nemətləri özünüzə haram etməyin və həddi də aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.
Sabirə Dünyamalıyeva:
87) Ey iman edən kəslər! Allahın sizə halal buyurduğu təmiz-ləzzətli-gözəl şeyləri haram saymayın. Və həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevmir.