Əlixan Musayev:
Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik.
Bünyadov-Məmmədəliyev:
Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik.
Elmir Quliyev
:
А также некоторых из их отцов, потомков и братьев. Мы избрали их и повели прямым путем.
Ələddin Sultanov:
Onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini üstün etdik). Onları seçdik və doğru yola yönəltdik.
Kerbelayi Malik ağa:
Onların atalarından, nəsillərindən və qardaşlarından (bir qismini hidayətə ərdirdik) və onları seçdik. Onları Sirati Müstəqimə hidayət etdik.
Ələsgər Musayev:
Onların atalarından və zürriyyətlərindən və qardaşlarından – Biz onları seçdik və hidayət etdik onları tərəfinə yolun düzünün.
A.Mehdiyev və D.Cəfərli:
Və həmçinin onların ataları, övladları və qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik və düz yola hidayət etdik.
Kövsər Tağıyev:
Atalarından, övladlarından və qardaşlarından bir qismini də... Bütün bunları seçdik və bunları doğru bir yola yönəltdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Atalarından, törəmələrindən və qardaşlarından da bir qismini seçərək düz yola yönəltdik.
Sabirə Dünyamalıyeva:
Və onların atalarından, nəsillərindən və qardaşlarından da [bəzilərini] üstün etdik. Və onları seçdik, doğru yola yönəltdik.