Əraf Surəsi 87. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər aranızdan bir dəstəniz mənimlə göndərilənə inanmış, bir dəstəniz isə inanmamışsa, Allah aramızda hökm verənədək səbr edin. Axı O, hakimlərin ən yaxşısıdır”.
Bünyadov-Məmmədəliyev:
Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!”
Elmir Quliyev :
Если одна часть из вас уверовала в то, с чем я послан, а другая не уверовала, то потерпите, пока Аллах не рассудит между нами, ибо Он Наилучший из судей".
Ələddin Sultanov:
Əgər sizdən bir qrup mənimlə birlikdə göndərilənə (Allahın hökmlərinə) iman gətirmiş, bir qrup isə iman gətirməmişsə, Allah aramızda hökm verənə qədər səbir edin! O, hökm verənlərin ən yaxşısıdır”.
Kerbelayi Malik ağa:
Əgər içinizdən bir qisminiz, onunla göndərildiyim şeyə inanar bir qisminiz (digər bir qrup) inanmazsa, o təqdirdə Allah aramızda hökm verənə qədər səbir edin. O, hökm verənlərin ən xeyirlisidir.
Ələsgər Musayev:
Əgər sizdən bir tayfa mənimlə göndərilənə inanıb bir tayfa isə inanmayıbsa səbr edin, ta hökm etsin Allah bizim aramızda. O hakimlərin ən xeyirlisidir!»
A.Mehdiyev və D.Cəfərli:
əgər sizdən bir dəstə mənim göndərildiyim şeyə iman gətirib bir dəstə iman gətirməyibsə, Allah bizim aramızda hökm çıxarana kimi səbr edin (mübarizəyə qalxmayın). O, hökm çıxaranların ən yaxşısıdır».
Kövsər Tağıyev:
“Əgər sizdən bir qismi mənimlə göndərilən həqiqətə inanmış, bir qismi inanmamışsa, artıq Allah aramızda hökmünü verənə qədər səbir edin. O, hökm verənlərin ən xeyirlisidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sizdən bir dəstə mənimlə göndərilənə inanarsa, bir dəstə isə inanmazsa, onda, Allah aramızda hökm verənə qədər səbr edin Axı O, hökm verənlərin ən yaxşısıdır!”
Sabirə Dünyamalıyeva:
sizin içinizdən bir dəstə mənimlə göndərilənə inanmış, bir dəstə inanmamışsa, elə isə aramızda Allah hökm verincəyə qədər səbr edin. O, hökm verənlərin ən xeyirlisidir."