Əlixan Musayev:
Onlar arxada qalanlarla birgə olmağa razılaşdılar. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar (haqqı) anlamayacaqlar.
Bünyadov-Məmmədəliyev:
Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bir yerdə qalmağı özlərinə rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də (Allahın öyüd-nəsihətini, cihadın savabını, ondan boyun qaçırmağın rəzalətini) anlamazlar.
Elmir Quliyev
:
Они были довольны тем, что оказались среди тех, кто остался позади. Их сердца запечатаны, и они не понимают истины.
Ələddin Sultanov:
Onlar arxada qalanlarla birlikdə olmağa razı oldular. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar anlamazlar. (Münafiq olduqları üçün Allah onların qəlb gözlərini bağlamışdır. Buna görə də onlar döyüşə getmək əvəzinə arxada qalan qadın, uşaq və yaşlılarla birlikdə evlərində qalmağa üstünlük verir və cihadın əhəmiyyətini anlaya bilmirlər.)
Kerbelayi Malik ağa:
Geridə qalanlarla birlikdə qalmağa razı oldular. Onların qəlblərinin üzəri tab edildi (möhürləndi). Artıq onlar idrak edə bilməzlər.
Ələsgər Musayev:
Razı olurlar ki, arxada qalanlarla bərabər olsunlar. Onların
qəlblərinə möhür vuruldu və onlar anlamırlar.
A.Mehdiyev və D.Cəfərli:
Onlar yerdə qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə olmağa razı oldular və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurulmuşdur. Buna görə də daha (səadət yolunu) dərk etməzlər.
Kövsər Tağıyev:
Onlar arxada qalan (qadın və uşaq)larla birlikdə olmağa razı oldular və qəlbləri möhürləndi. Artıq onlar anlamazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar qalanlarla olmalarına razı oldular, ürəklərinə möhür vuruldu və onlar bir şey başa düşməzlər.
Sabirə Dünyamalıyeva:
Geridə qalanlarla birgə olmağı seçdilər. Onların qəlblərinə damğa/möhür vuruldu. Artıq onlar yaxşıca qavrayıb dərk etməzlər.