Əlixan Musayev:
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar (insanları) Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, üzücü əzabı görməyincə iman gətirməsinlər”.
Bünyadov-Məmmədəliyev:
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!”
Elmir Quliyev
:
Муса (Моисей) сказал: "Господь наш! Ты даровал Фараону и его знати в мирской жизни украшения и богатства. Господь наш! Они сбили других с Твоего пути. Господь наш! Уничтожь их богатство и ожесточи их сердца, чтобы они не могли уверовать, пока не увидят мучительные страдания".
Ələddin Sultanov:
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və qövmünə dünya həyatında zinət və mal-mülk vermisən. Ey Rəbbimiz! (İnsanları) sənin yolundan azdırsınlar deyəmi (verdin)? Ey Rəbbimiz! Onların mal-mülkünü yox et və qəlblərini elə sərtləşdir ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!”
Kerbelayi Malik ağa:
Musa (ə.s) belə dedi: ‘Rəbbimiz, şübhəsiz ki, Sən Firon və onun əyanlarına dünya həyatında zinət (bəzək əşyası) və mal-dövlət verdin. Rəbbimiz, (o mal-dövlət) onları Sənin yolundan sapdırsın! Rəbbimiz, onların mallarını məhv et, onların qəlblərini sıx. Artıq əlim əzabı görənə qədər onlar mömin olmazlar.’
Ələsgər Musayev:
Dedi Musa: «Rəbbimiz! Həqiqətən, Sən
Firauna və onun böyüklərinə dünya həyatında zinət və mal–
dövlət veribsən. Rəbbimiz! Zəlalətdə tərk etmək üçün Sənin
yolundan! Rəbbimiz! Sən onların mal və sərvətini məhv et və
qəlblərini bərkit ki, onlar inanan deyillər, ta ələmli əzabı
görələr!»
A.Mehdiyev və D.Cəfərli:
Musa (fironçuların iman gətirməsindən naümid olduqdan sonra) dedi: «Ey Rəbbimiz, Sən Firona və onun qövmünün başçılarına dünya həyatında (bolluca) zinət və (çoxlu) mallar verdin ki, y ey Rəbbimiz nəhayət (bəndələrini) Sənin yolundan azdırsınlar. Ey Rəbbimiz, onların mallarını məhv et və qəlblərini sərtləşdir ki, ağrılı əzabı görənə kimi iman gətirməsinlər (və Harun Musanın nifrininə «amin» deyirdi).»
Kövsər Tağıyev:
Onu yenə də inkar etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik və onları o birilərin yerinə keçirdik. Ayələrimizi yalan sayanları da suda boğduq. Bir gör, xəbərdar olunan (lakin sözdən anlamayan)ların sonu necə oldu!
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Rəbbimiz, Sən Firona və onun adamlarına bu dünya həyatında zinət və mal-dövlət verdin. Rəbbimiz, onlar (insanları) Sənin yolundan yayındırsınlar deyə (verdin)? Rəbbimiz, onların mal- dövlətini dağıt və ürəklərini kobudlaşdır ki, onlar iman gətirə bilməyib üzücü əzabı görsünlər".
Sabirə Dünyamalıyeva:
Və Musa: "Ey Rəbbimiz! Şübhəsiz ki, Sən Firona və əyanlarına bəsit dünya həyatında zinət və mal-dövlət ehsan etdin. -Rəbbimiz! Sənin yolundan azdırsınlar deyə!- Rəbbimiz! Onların mallarını məhv et və ürəklərini kədər ver. Çünki onlar o ağrılı əzabı görməyincə iman gətirməyəcəklər" dedi.