Əlixan Musayev:
Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar.
Bünyadov-Məmmədəliyev:
(Yəhudilər Quranı anlamaq və qəbul etmək barəsində) dedilər: “Bizim qəlblərimiz örtülüdür (pərdəlidir)”. (Lakin bu heç də belə deyildir). Əksinə, Allah onlara küfrlərinə görə lənət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi (İbn Səlam və yoldaşları kimi) iman gətirər.
Elmir Quliyev
:
Они сказали: "Сердца наши покрыты завесой (или переполнены знаниями)". О нет, это Аллах проклял их за их неверие. Как же мала их вера!
Ələddin Sultanov:
Onlar (yəhudilər) belə dedilər: “Bizim qəlblərimiz örtülüdür (qapalıdır)”. Xeyr, Allah küfrlərinə görə onları lənətləmişdir. Buna görə də onların yalnız az bir qismi iman gətirər.
Kerbelayi Malik ağa:
Dedilər ki: ‘Bizim qəlblərimiz örtülüdür (pərdəlidir).’ Xeyr, Allah küfrləri (səbəbi) ilə onları lənətlədi. Bu səbəblə nə qədər az iman edirlər.
Ələsgər Musayev:
Dedilər: «Qəlbimiz qıfıllıdır». Bəli! Lənəti onlara Allahın
küfrləri ilə və azı nə ki, inanarlar.
A.Mehdiyev və D.Cəfərli:
Və dedilər: «Bizim qəlblərimiz (fitri olaraq sənin sözlərini dərk etməkdən) örtülüdür». (Belə deyil,) əksinə, Allah onları küfrlərinin müqabilində Öz rəhmətindən uzaqlaşdırıb. Buna görə də az iman gətirirlər (səma kitablarının müştərək yerlərinə və ya öz nəfsi istəklərinə uyğun olanlara iman gətirirlər).
Kövsər Tağıyev:
“Qəlblərimiz örtülüdür”, – dedilər. Elə deyil. İnkarları səbəbi ilə Allah onları lənətləmişdir. Buna görə də çox az iman edərlər.2
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Ürəklərimiz qapalıdır." Axı Allah küfrlərinə görə onlara lənət etmişdir və onların az bir hissəsi iman gətirmişdir.
Sabirə Dünyamalıyeva:
Və onlar dedilər: "Bizim qəlblərimiz qılıflıdır/ona heç bir şey təsir etməz." Əksinə; Allah, gerçəyi bilə-bilə inkar etdiklərinə görə onları uzaqlaşdırmış/rəhmətindən məhrum etmişdir. Buna görə də çox azı iman edir!