Taha Surəsi 88. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Samirəli) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. (Buzova məftun olanlar): “Sizin tanrınız, Musanın da tanrısı budur. Lakin o (bunu) unutmuşdur”– dedilər.
Bünyadov-Məmmədəliyev:
(Oda atılmış qızıl-gümüş əridikdən sonra Samiri çuxurun içində) onlara böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. (Samiri onun yoldan çıxartdığı bir neçə kişi) dedilər: “(Ey İsrail oğulları!) Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur”. (Musa heykəli itirmiş, onu axtarıb tapmaqdan ötrü Tur dağına getmişdir).
Elmir Quliyev :
Он изготовил для них изваяние тельца, который мычал, и сказал: "Вот ваш бог и бог Мусы (Моисея), но он забыл его".
Ələddin Sultanov:
(Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Onlar da belə dedilər: “Bu sizin də, Musanın da ilahıdır. Lakin o (bunu) unutmuşdur”.
Kerbelayi Malik ağa:
Beləcə onlar üçün (ortaya) böyürən bir buzov heykəli çıxartdı. Onlara (Samiri tərəfdarları): ‘Bu, sizin ilahınız Musanın da ilahıdır, lakin O, unutdu.’ dedilər.
Ələsgər Musayev:
Xaric etdi onlar üçün buzov cəsədi ki, səs çıxardaraq xoruldayırdı. Dedilər: «Bu sizin ilahinizdir Musanın ilahisidir o, unudubdur».
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (Samiri) onlar üçün (ərimiş zinət əşyalarından) böyürən bir buzov heykəli (hazırlayıb) çıxartdı. (O dindaşları) dedilər: Bu sizin Musanın Allahıdır, (Musa) onu unudub (ardınca Tur dağına gedib. Yaxud: Samiri Allahı unutdu camaatı buzova sitayiş etməyə məcbur etdi).
Kövsər Tağıyev:
Beləliklə, (Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəldib ortaya çıxardı. (Samiri onun adamları:) “Bu, sizin ilahınızdır, Musanın da ilahıdır. Musa (ilahını burada) unutdu (onu Turda axtarmağa getdi)”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Samiri onlar üçün (zinət şeylərinin ərintisindən) böyürtüsü olan bir buzov cəsədi [heykəli] düzəltdi. Onlar dedilər "Bu, sizin tanrınız Musanın tannsıdır. Lakin o unutmuşdur".
Sabirə Dünyamalıyeva:
Samiri aldadan, tələyə salan bir cəsədi/qızılı çıxardı İsrail oğulları: "Bax bu, sizin məbudunuz Musanın məbududur. Amma Musa onu tərk etdi" dedilər.