Əlixan Musayev:
Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!
Bünyadov-Məmmədəliyev:
Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!
Elmir Quliyev
:
Мы ответили на его мольбу и спасли его от печали. Так Мы спасаем верующих.
Ələddin Sultanov:
Biz də onun duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik.
Kerbelayi Malik ağa:
Bunun üzərinə onun duasını qəbul etdik. Onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə qurtararıq.
Ələsgər Musayev:
Cavab verdik ona və nicat verdik ona
qəmdən və belə nicat veririk inananlara.
A.Mehdiyev və D.Cəfərli:
Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk.
Kövsər Tağıyev:
Biz də onun duasını qəbul etdik və onu kədərdən qurtardıq. Biz möminlərə belə nicat veririk.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona cavab verdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!
Sabirə Dünyamalıyeva:
Sonra da Biz, ona cavab verdik və Onu, qəmdən/kədərdən xilas etdik. Və inananları Biz bax belə xilas edərik.