Zuxruf Surəsi 88. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Peyğəmbər) dedi: “Ey Rəbbim! Bunlar iman gətirməyən adamlardır!”
Bünyadov-Məmmədəliyev:
Onun (Muhəmməd əleyhissəlamın): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!” deməsi (dərgahımızda məlumdur)!
Elmir Quliyev :
Он сказал: "Господи! Воистину, они люди неверующие".
Ələddin Sultanov:
Onun (Peyğəmbərin) dediyi söz belə idi: “Ey Rəbbim! Həqiqətən, bunlar iman gətirməyən bir qövmdür”.
Kerbelayi Malik ağa:
Onun (Hz. Məhəmmədin (s.ə.s): ‘Ey Rəbbim, bunlar həqiqətən mömin olmayan bir qövmdür.’ deməsinə and olsun.
Ələsgər Musayev:
Dedi: «Rəbbim! Həqiqətən, bunlar inanmayan qoumdur!»
A.Mehdiyev və D.Cəfərli:
(Allah Peyğəmbərin şikayətlənərək məyuscasına dediyi) «ey mənim Rəbbim! Həqiqətən bunlar iman gətirməyəcək bir dəstədirlər» sözü(nü bilir ondan xəbərdardır).
Kövsər Tağıyev:
Onun (Muhammədin) “Ey Rəbbim!” deməsinə and olsun ki, şübhəsiz, bunlar iman etməyən bir qövmdür.
M.Qənioğlu və T.Bilaloğlu:
(Peyğəmbər) deyər: "Ey Rəbbim, bunlar iman gətirməyən adamlardır!".
Sabirə Dünyamalıyeva:
onun, "Ey Rəbbim! Bunlar şübhəsiz imana gəlməz bir qövmdür" deməsi dəlildir ki...