Əlixan Musayev:
Lakin (Allahın) Elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır.
Bünyadov-Məmmədəliyev:
Lakin Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün nemətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!
Elmir Quliyev
:
Однако Посланник и те, которые уверовали вместе с ним, сражались своим имуществом и своими душами. Им уготованы блага. Именно они являются преуспевшими.
Ələddin Sultanov:
Ancaq Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər. (Bütün) xeyirlər məhz onlarındır və nicat tapanlar da məhz onlardır! (Bu ayədəki “xeyirlər” kəlməsi ilə “zəfər və bu zəfər sayəsində əldə edilən dünya və axirət nemətləri” nəzərdə tutulur.)
Kerbelayi Malik ağa:
Lakin Rəsul və amənu olanlar malları və nəfsləri (canları) ilə birlikdə cihad etdilər. (Bütün) xeyirlər onlarındır. Onlar fəlaha (qurtuluşa) çatanlardır.
Ələsgər Musayev:
Lakin rəsul
və o kəslər ki, inanırlar onunla bərabər, malları və nəfsləri ilə
cihad etdilər və həmin onlar üçündür yaxşılıqlar və həmin onlar
nicat tapanlardır!
A.Mehdiyev və D.Cəfərli:
Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!
Kövsər Tağıyev:
Lakin peyğəmbər və onunla birlikdə olan möminlər malları ilə, canları ilə cihad etdilər. Bütün xeyirlər məhz onlarındır. Qurtuluşa nail olanlar da məhz onlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ancaq peyğəmbər və onunla birlikdə iman gətirənlər öz malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər vardır və onlar uğur qazananlardır.
Sabirə Dünyamalıyeva:
Fəqət Elçi və onunla olan möminlər mallarıyla, canlarıyla səy göstərdilər. Və bax onlar [ki var], bütün xeyirlər məhz onlarındır. Və bax onlar, məhz öz vəziyyəti pozulmayan, qazanclı çıxanlardır.