Əlixan Musayev:
Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi.
Bünyadov-Məmmədəliyev:
Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib (mənasını) onlara izah etdik. Lakin onların (Məkkə əhlinin) əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı (nemətimizə nankor olub yalnız küfrü seçdi).
Elmir Quliyev
:
Мы разъяснили людям в этом Коране всякие притчи, но большинство людей отвергает все, кроме неверия.
Ələddin Sultanov:
Həqiqətən, Biz bu Quranda insanlar üçün bir çox məsəl çəkib müxtəlif şəkildə bəyan etdik. Lakin insanların çoxu küfrü seçdi.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz bu Quranda bütün məsələlərdən (misallardan) izah etdik. Buna baxmayaraq insanların çoxu yalnız inkar edərək qəbul etmədi.
Ələsgər Musayev:
Əlbəttə, Biz sərf etdik bu Qur’anda insanlar üçün külli
məsəldən və insanların əksəriyyəti isə ancaq küfrə razı
oldu.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz bu Qur’anda insanlar üçün təkrar və müxtəlif (şəkillərdə) hər məsəldən çəkdik, lakin insanların çoxu inkar və nankorluqdan başqa bir şey istəmədilər.
Kövsər Tağıyev:
And olsun, biz bu Qur`anda insanlar üçün hər cür misal çəkdik. Yenə də insanların çoxu ancaq küfrdə inad etdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bu Quranda insanlar üçün (gətirdiyimiz) hər bir məsəli müfəssəl izah etdik. İnsanların çoxu isə inkarcılıqdan başqasını qəbullanmadı.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkmişik. Yenə də insanların çoxu həqiqəti basdırmaqdan başqa bir iş görmədilər/inkarda israr etdilər.