Əlixan Musayev:
Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”
Bünyadov-Məmmədəliyev:
Onlar mütləq: “(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz?
Elmir Quliyev
:
Они скажут: "Аллах". Скажи: "До чего же вы обмануты!"
Ələddin Sultanov:
Onlar: “(Bu sifətlər) Allaha məxsusdur!” - deyəcəklər. De ki: “Bəs necə olur ki, ovsunlanırsınız (aldanıb haqdan üz döndərirsiniz)?”
Kerbelayi Malik ağa:
‘Allahdır.’ deyəcəklər. De ki: ‘Elə isə necə aldadılırsınız?’
Ələsgər Musayev:
Deyəcəklər:
«Allah üçündür!» De: «Onda nə üçün sehrlənirsiniz?»
A.Mehdiyev və D.Cəfərli:
Onlar deyəcəklər: «(Bunların hamısı) Allaha məxsusdur.» De: «Belə isə (bu aydın həqiqətlər müqabilində) necə və haradan ovsunlanırsınız?!»
Kövsər Tağıyev:
“Allahındır”, – deyəcəklər. “Elə isə necə aldanırsınız?” – de.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyəcəklər: "(Onlar da) Allahındır" De: "Necə olur ki, ovsunlanırsınız?"
Sabirə Dünyamalıyeva:
Onlar, "Allahındır/Allahdır" deyəcəklər. Sən: "Elə isə necə ovsunlanırsınız?" de.