Nəml Surəsi 89. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.
Bünyadov-Məmmədəliyev:
Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (tövhid kəlməsi ilə, səmimi-qəlbdən imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. Belələri o gün (qiyamət günü) dəhşətli qorxudan da əmin olarlar.
Elmir Quliyev :
Те, которые предстанут с добрым деянием, получат нечто лучшее. В тот день они будут защищены от испуга.
Ələddin Sultanov:
Hər kim yaxşı əməllərlə (Allahın hüzuruna) gələrsə, onun üçün ondan daha yaxşısı vardır. Onlar o gün dəhşətli qorxudan əmin olacaqlar.
Kerbelayi Malik ağa:
Kim yaxşı əməl ilə gələrsə, o zaman onun üçün ondan daha xeyirlisi (cənnət) vardır. Onlar izn günü dəhşətdən (cəhənnəmə getməyəcəklərindən) əmin olanlardır.
Ələsgər Musayev:
Kim gəlir yaxşılıqla, onun üçün ondan xeyirlisi var onlar həmin günün qorxusundan əmin-amandadırlar.
A.Mehdiyev və D.Cəfərli:
Hər kəs yaxşı əməllə gəlsə, (əvəzində) daha yaxşı (mükafat) onundur (onu gözləyir). Onlar həmin gün qorxu dəhşətdən amandadırlar.
Kövsər Tağıyev:
Kim yaxşı əməllə gəlsə, ona ondan daha xeyirlisi var. Onlar o gün qorxudan əmin olarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim yaxşı əməllə gələrsə, ona ondan daha xeyirlisi olar o günü onlar hər cür qorxudan asudə olarlar.
Sabirə Dünyamalıyeva:
Kim yaxşı-gözəl bir şey gətirsə, onun üçün gətirdiyindən daha xeyirlisi/gətirdiyi səbəbindən bir xeyir var. onlar o gün qorxudan amanda olanlardır.