Əlixan Musayev:
Allah onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.
Bünyadov-Məmmədəliyev:
Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!
Elmir Quliyev
:
Аллах приготовил для них Райские сады, в которых текут реки. Они пребудут в них вечно. Это — великое преуспеяние.
Ələddin Sultanov:
Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Böyük uğur budur!
Kerbelayi Malik ağa:
Allah onlar üçün altından çaylar axan cənnətlər hazırladı. Orada əbədi olaraq qalacaqlar. Bu ‘fevz-ül əzim’dir (ən böyük qurtuluş, mükafat).
Ələsgər Musayev:
Hazır edib Allah onlar üçün cənnətlər
– cari olur altından onun nəhrlər, həmişəlikdirlər orada. Budur
əzəmətli səadət!
A.Mehdiyev və D.Cəfərli:
Allah onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır. Orada əbədi qalarlar. Budur böyük uğur və qurtuluş!
Kövsər Tağıyev:
Allah onlara içində əbədi qalacaqları, içindən çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah onlar üçün dibindən çaylar axan və içərisində əbədi qalacaqları cənnət bağları hazırladı. Bu, böyük uğurdur!
Sabirə Dünyamalıyeva:
Allah, onlar üçün, içində həmişləlik qalacaqları, altından çaylar axan cənnətlər hazırladı. O çox böyük qurtuluş bax budur.