Əlixan Musayev:
İman gətirib saleh əməllər işlədənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəim bağlarında onların (ayaqları) altından çaylar axar.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə) qovuşdurar. (Bol nemətli) Nəim cənnətlərində onların (qəsrləri, köşkləri) altından çaylar axar. [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından çaylar axan Nəim cənnətlərinə yol göstərər].
Elmir Quliyev
:
Воистину, тех, которые уверовали и совершали праведные деяния, Господь поведет верным путем за их веру. В Садах блаженства под ними будут течь реки.
Ələddin Sultanov:
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənləri, iman gətirdiklərinə görə Rəbbi doğru yola yönəldər. Nemətlərlə dolu cənnətlərdə onların altından çaylar axar.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, amənu olanlar və əməli salihat (nəfsi islahedici, saleh əməl) edənləri, imanlarına görə Rəbləri onları hidayətə ərdirər. Onlar altlarından çaylar axan naim cənnətlərindədirlər.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, inanırlar və əməli salehdirlər, Rəbləri
onları hidayət edər imanları ilə – caridir altından onların
nəhrlər Nəim cənnətlərində.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, iman gətirib yaxşı işlər görən kəsləri Rəbbi imanlarına görə (Öz yanına) hidayət edər (və axirətdə) nemət dolu bağlarda onların (ağaclarının və saraylarının) altından çaylar axar.
Kövsər Tağıyev:
(Lakin) iman edib saleh işlər görənlərə gəlincə, Rəbləri onları imanları səbəbi ilə hidayətə qovuşdurar. Nemətlərlə dolu cənnətlərdə onların altlarından çaylar axar.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, o kəslər ki, iman gətirib və xeyir işlər görüblər, onların Rəbbi onları imanlarına görə düz yolla aparar, Nə'im [bol nemətli] cənnət bağlarında ayaqları altından çaylar axar.
Sabirə Dünyamalıyeva:
Heç şübhəsiz, iman edən və sahmana salmaq qayəsi ilə əməl işləyən kəslərə; imanlarından ötrü Rəbbi bələdçi olar. Bol nemətli cənnətlərində onların altından çaylar axar.