Əlixan Musayev:
Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar.
Bünyadov-Məmmədəliyev:
Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.
Elmir Quliyev
:
Они пытаются обмануть Аллаха и верующих, но обманывают только самих себя и не осознают этого.
Ələddin Sultanov:
Onlar, (özlərinə görə guya) Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadır və bunu dərk etmirlər.
Kerbelayi Malik ağa:
(Elə güman edirlər ki) Allahı və amənu olanları aldadırlar. Onlar özlərindən başqasını aldatmazlar və fərqində də olmazlar.
Ələsgər Musayev:
Aldatmaq istəyirlər Allahı və o kəsləri ki
inandılar və aldatmırlar ancaq öz nəfslərini və şüursuzdurlar.
A.Mehdiyev və D.Cəfərli:
Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər.
Kövsər Tağıyev:
Bunlar Allahı və möminləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadırlar və fərqində deyillər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allahı və iman gətirənləri aldatmağa cəhd edirlər. Onlar ancaq öz-özlərini aldadırlar, heç özləri də duymurlar.
Sabirə Dünyamalıyeva:
Allahı və inanmış kəsləri aldatmağa çalışırlar. Halbuki onlar, yalnız özlərini aldadırlar və bunu dərk etmirlər.