Həcc Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, başını (təkəbbürlə )o yan bu yana çevirir ki, (insanları) Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik.
Bünyadov-Məmmədəliyev:
O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!
Elmir Quliyev :
Он надменно поворачивает шею, чтобы сбить других с пути Аллаха. Ему уготован позор в этом мире, а в День воскресения Мы дадим ему вкусить мучения от обжигающего Огня.
Ələddin Sultanov:
O, Allahın yolundan sapdırmaq üçün təkəbbürlə sinəsini qabardaraq bunu edir. Onun üçün dünyada rüsvayçılıq vardır. Qiyamət günü isə ona yandırıb-yaxan əzabı daddıracağıq.
Kerbelayi Malik ağa:
Allahın yolundan sapdırmaq üçün onu əyib bükər (Allahın dinindəki əsasları dəyişdirər). Onun üçün dünyada rəzillik vardır. Ona qiyamət günü yandırıcı bir əzab daddıracağıq.
Ələsgər Musayev:
öz boynunu əyərək, ondan ötrü ki, Allahın yolundan zəlalətə salsın. Onun üçün dünyada rüsvayçılıq var qiyamət günü isə yanar odun əzabını daddırarıq ona.
A.Mehdiyev və D.Cəfərli:
(Özü bunu, başqalarını) Allah yolundan azdırmaq üçün (ilahi dəvətdən) təkəbbürlə üz döndərərək ona arxa çevirərək (edir). Dünyada onun üçün (Məkkə müşrikləri kimi) xarlıq rüsvayçılıq vardır Qiyamət günü ona yandırıcı bir əzab daddıracağıq.
Kövsər Tağıyev:
Onun üçün dünyada bir rüsvayçılıq var. Qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
boynunu o yan bu yana əyərək təkəbbür göstərir ki, (insanları) Allahın yolundan çıxarsın. Bu dünyada onun üçün rüsvayçılıq vardır, qiyamət günü isə Biz ona atəş əzabını daddıracağıq.
Sabirə Dünyamalıyeva:
Onun belini əyib-bükməyi/təkəbbür göstərməyi, Allah yolundan azdırmaq üçündür. Bu dünyada onun üçün bir rüsvayçılıq var. Biz, qiyamət günündə ona yandırıcı cəhənnəmin əzabını daddıracağıq.