Qəsəs Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Fironun zövcəsi dedi: “(Bu)(uşaq) həm mənim, həm sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar (bu işin sonunu) bilmirdilər.
Bünyadov-Məmmədəliyev:
Fironun qadını (Asiyə) dedi: “Bu uşaq mənim də, sənin göz bəbəyimiz (gözaydınlığımız, gözümüzə sevinc olsun). Onu öldürməyin. Ola bilsin ki, (o böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar (işin yerdə olduğunu, bu uşağın əlində həlak olacaqlarını) bilmirdilər.
Elmir Quliyev :
Жена Фараона сказала: "Вот услада очей для меня и тебя. Не убивайте его! Быть может, он принесет нам пользу, или же мы усыновим его". Они ни о чем не подозревали.
Ələddin Sultanov:
Fironun arvadı (Asiyə) dedi: “(Bu uşaq) mənim sənin üçün gözaydınlığıdır. Onu öldürməyin! Ola bilsin ki, onun bizə faydası toxunar, yaxud onu oğulluğa götürərik”. Halbuki, onlar (bu işin sonunun) fərqində deyildilər.
Kerbelayi Malik ağa:
Xanımı Firona belə dedi: ‘Mənə sənə göz aydınlığı olsun, onu öldürməyin bəlkə bizə faydası olar ya onu övladlığa götürərik.’ Onlar (gerçəyi) bilmirdilər.
Ələsgər Musayev:
Dedi arvad? Firaunun: «M?nim d?, s?nin d? gozumuz ayd?n olsun! Onu q?tl? yetirm?yin, ola ki, o biz? m?nf??t g?tir?, yaxud gotur?k onu ogulluga!» Onlar suursuz idil?r.
A.Mehdiyev və D.Cəfərli:
Fironun zövcəsi dedi: «(Bu körpə) mənim sənin gözünün işığıdır. Onu öldürməyin, bəlkə (gələcəkdə) bizə bir xeyri olar, yaxud onu oğulluğa götürərik». Onlar (işin aqibətindən) xəbərsiz idilər.
Kövsər Tağıyev:
Fironun xanımı belə dedi: “Həm mənim üçün, həm sənin üçün göz aydınlığı (olan bir uşaq)! Onu öldürməyin. Bəlkə bizə xeyri dəyər ya onu övladlığa götürərik”. Halbuki onlar (olacaq şeylərin) fərqində deyildilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Firionun arvadı dedi: “İkimizin gözləri aydın olsun! Onu öldürməyin, bəlkə bizə bir xeyri dəyər ya onu oğulluğa götürərik." Onlar (sonra nələr olacağını) bilmirdilər.
Sabirə Dünyamalıyeva:
Fironun qadını: "Mənim sənin üçün göz aydınlığı olsun! Onu öldürməyin; Musanı İsrail oğullarının digər uşaqları kimi savadsız; təhsilsiz, peşəsiz saxlamayın", bəlkə bizə bir faydası olar, ya da onu övladlığa götürərik" dedi. onlar, işin fərqində olmadılar.