Fatir Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz onları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Diriltmə belə olacaqdır.
Bünyadov-Məmmədəliyev:
Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz (o buludları) quru (ölü) bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Ölüləri) diriltmək belədir!
Elmir Quliyev :
Аллах Тот, Кто посылает ветры, которые поднимают облака. Потом Мы гоним их в вымершие страны и оживляем ею (дождевою водой) землю после ее смерти. Таким же образом произойдет воскрешение.
Ələddin Sultanov:
Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Biz onu (buludu) ölü bir məmləkətə göndərərik quruduqdan sonra torpağı onunla dirildərik. Axirətdəki diriltmək belə olacaqdır.
Kerbelayi Malik ağa:
Allah küləyi göndərir, beləcə buludları hərəkət etdirir. Sonra da onu ölü diyara göndəririk. Beləliklə yeri, ölümündən sonra onunla (yağışla) dirildərik. Yenidən dirilmə məhz bunun kimidir.
Ələsgər Musayev:
Allahdır ki, göndərir küləkləri seyr etdirir buludları. Biz qovuruq onu ölü şəhərə tərəf onunla həyat veririk ərzə ölümündən sonra. Belədir nəşr edilmək!
A.Mehdiyev və D.Cəfərli:
Buludu hərəkətə gətirən küləkləri göndərən Allahdır, Biz onu (buludu) ölmüş (bitkiləri qurumuş) bir torpağa tərəf sövq etdik onunla o torpağı öldükdən sonra diriltdik (müxtəlif bitkilərin toxumlarını cücərtdik). (Qiyamət günü) dirilmə belədir (torpağın köksündə parçalanıb dağılmış bədənlərin zərrələrini hərəkətə gətirərək, onları bir-birlərilə birləşdirəcək dirildəcəyik).
Kövsər Tağıyev:
Allah küləkləri göndərəndir. Onlar da buludları hərəkət etdirir. Biz buludları ölü bir torpağa tərəf sürükləyər onunla ölümündən sonra yer üzünü dirildərik. Ölümdən sonra diriliş belədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Küləkləri göndərib onlarla buludları hərəkətə gətirən Allahdır. Sonra Biz onları cansız bir diyara sürüb bununla torpağı ölümündən sonra dirildirik. Diriltmə belədir.
Sabirə Dünyamalıyeva:
küləkləri göndərən Allahdır. Sonra da onlar buludu hərəkətə keçirib yuxarılara qaldırar. Ardınca, Biz, o buludu ölmüş bir diyara sürüb göndərərik. Beləliklə, onun vasitəsi ilə yer üzünü ölümdən sonra dirildərik. Ölüb çürümüş insanlara həyat vermək bax belədir.