Əlixan Musayev:
(Biz belə etdik) ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz (Allahı) tərifləyəsiniz.
Bünyadov-Məmmədəliyev:
(Biz onu göndərdik ki, siz insanlar) Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona (Allaha, yaxud Peyğəmbərə) yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və (Allahı) səhər-axşam təqdis edib şəninə təriflər deyəsiniz!
Elmir Quliyev
:
чтобы вы уверовали в Аллаха, Его Посланника, почитали и уважали его, прославляли Его утром и перед закатом.
Ələddin Sultanov:
Allaha və Rəsuluna iman gətirəsiniz, ona yardım edib hörmət göstərəsiniz və səhər-axşam Allahı təsbeh edəsiniz.
Kerbelayi Malik ağa:
Allah və Onun Rəsuluna iman edin, Onu hörmətlə ucaldın və səhər axşam Onu təsbeh edin deyə.
Ələsgər Musayev:
inanmanız üçün Allah ilə və Onun rəsulu ilə və izzətli sayasız
Onu və kömək edəsiniz Ona və saya salasınız Onu səhər və
axşam.
A.Mehdiyev və D.Cəfərli:
(Göndərdik) ki, (siz insanlar) Allaha və Onun elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, böyük sayıb ehtiram göstərəsiniz və səhərlər və axşamlar Onu zikr edərək hər bir eyb və nöqsandan paklıqla xatırlayasınız.
Kövsər Tağıyev:
Ey insanlar! Allaha və peyğəmbərinə inanasınız, ona yardım edəsiniz, ona təzim edəsiniz və səhər-axşam Allahı təsbih edəsiniz deyə (peyğəmbəri göndərdik).
M.Qənioğlu və T.Bilaloğlu:
ki, (ey möminlər), Allaha və Onun peyğəmbərinə iman gətirəsiniz, ona [peyğəmbərə] kömək edəsiniz, onun hörmətini uca tutasınız və səhər-axşam Allahın şəninə təriflər deyəsiniz.
Sabirə Dünyamalıyeva:
Allaha və Elçisinə iman etməyiniz, Ona kömək etməyiniz, Ona ehtiram göstərməyiniz və həmişə Onu hər cür nöqsanlıqdan pak tutmağınız üçün;