Qəmər Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər ona hədə-qorxu gəldilər.
Bünyadov-Məmmədəliyev:
Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş bəndəmizi (Nuhu) yalançı sayıb: “(Bu) divanədir!” demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi.
Elmir Quliyev :
До них счел лжецами посланников народ Нуха (Ноя). Они сочли лжецом Нашего раба и сказали: "Он одержимый!" Они ругали его и угрожали ему.
Ələddin Sultanov:
Onlardan əvvəl Nuh qövmü (haqqı) təkzib etmiş bəndəmizi yalanlayaraq: “O divanədir!” - deyib onu təhdid etmişdilər.
Kerbelayi Malik ağa:
Onlardan əvvəl Nuhun qövmü yalanladı. Beləcə qulumuzu (Hz. Nuhu) yalanladılar. ‘O, məcnundur.’ dedilər. İncidilərək (təbliğdən) məhrum edildi.
Ələsgər Musayev:
Yalan saydı onlardan qabaq Nuh qoumu. Yalançı saydılar bəndəmizi dedilər: «Məcnundur!» qadağan olundu.
A.Mehdiyev və D.Cəfərli:
Onlardan qabaq Nuhun qövmü (də öz peyğəmbərlərini) təkzib etmişdi. Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq «cin vurmuş bir dəlidir» demişdilər (o, bu töhmətlə onların arasından) qovulmuşdu.
Kövsər Tağıyev:
Onlardan əvvəl Nuhun qövmü inkar etmişdi. Onlar qulumuzu təkzib edib: “Bu bir dəlidir”, dedilər qulumuza (təbliğ vəzifəsini yerinə yetirməkdə) əngəl törədildi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan əvvəl Nuh tayfası da (Nuhu) yalançı hesab etdi. Onlar bu bəndəmizi yalançı sanıb: "Dəli-divanədir." -dedilər o, (onlardan) sitəmlər çəkdi.
Sabirə Dünyamalıyeva:
Onlardan əvvəl Nuhun qövmü təkzib etmişdi. Belə ki, bəndəmizi təkzin etdilər "O, gizli gücləri olan/dəli biridir" dedilər. onun qarşısını aldılar; bütün fəaliyyətinə mane oldular.