Hədid Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Sizi zülmətlərdən nura (küfrdən imana) çıxartmaq üçün Öz bəndəsinə (Muhəmməd əleyhissəlama) açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!
Elmir Quliyev :
Он Тот, Кто ниспосылает Своему рабу ясные знамения, чтобы вывести вас из мраков к свету. Воистину, Аллах сострадателен и милосерден к вам.
Ələddin Sultanov:
Sizi zülmətdən aydınlığa çıxartmaq üçün Öz bəndəsinə açıq-aydın ayələr nazil edən Odur! Şübhəsiz ki, Allah sizə qarşı çox şəfqətlidir, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Sizi qaranlıqlardan nura çıxarmaq üçün quluna açıq-aydın ayələr endirən Odur. Şübhəsiz ki, Allah sizin üçün əlbəttə Raufdur, Rəhimdir.
Ələsgər Musayev:
O Odur ki, nazil edir üzərinə bəndəsinin aydın ayətləri, xaric etməsi üçün sizi zülmətdən nura tərəf. Həqiqətən, Allah sizinlə Raufdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sizi (şirk, küfr itaətsizlik) qaranlıqlar(ın)dan (hidayət) nur(un)a tərəf çıxarmaq üçün həmişə Öz bəndəsinə (Muhəmmədə (s) ) ayə aydın dəlillər nazil edən Odur. Həqiqətən Allah sizə şəfqətli mehribandır.
Kövsər Tağıyev:
O, sizi zülmətlərdən aydınlığa çıxarmaq üçün qulu Muhammədə açıq-aydın ayələr endirəndir. Şübhəsiz, Allah sizə qarşı çox şəfqətli, çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizi zülmətlərdən nura çıxarmaq üçündən Öz bəndəsinə aydın ayələr nazil edən Odur! Şübhəsiz ki, Allah sizə çox şəfqətlidir, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Allah, sizi qaranlıqdan işığa çıxarmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edəndir. şübhəsiz ki, Allah, sizə qarşı çox şəfqətli, çox mərhəmətlidir.