Cümə Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün qədər xeyirlidir!
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün qədər xeyirlidir!
Elmir Quliyev :
О те, которые уверовали! Когда призывают на намаз в пятничный день , то устремляйтесь к поминанию Аллаха и оставьте торговлю. Так будет лучше для вас, если бы вы только знали.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı anmağa tələsin alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün qədər xeyirlidir!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Cümə günü namaza çağrıldığınız zaman dərhal Allahın zikrinə tələsin alış-verişi buraxın. Bu sizin üçün daha xeyirlidir, kaş ki bilsəniz.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Onda ki, nida edirlər islahat üçün o gündə ki, cəm olurlar səy edin Allahın yad edilməsinə tərəf beyi buraxın. Bu, xeyirlidir sizin üçün, əgər oldunuz bilənlər.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Cümə günü namaza çağırıldığı zaman dərhal Allahın zikrinə tələsin alış-verişi buraxın. Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.3
M.Qənioğlu və T.Bilaloğlu:
Еу iman gətirənlər, cümə günü namaza çağırılan zaman Allahı zikr etməyə [namaza] can atın alış-verişi bir yana qoyun! Bu sizin üçün xeyirlidir, əgər bilsəniz.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Cəm olma [toplaşma] günündə səlata [maddi zehni baxımdan dəstək olmağa; cəmiyyəti maarifləndirməyə] çağırıldığınız zaman, dərhal Allahı yad etməyə tələsin, alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün daha xeyirlidir.