Talaq Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar əməllərinin cəzasını daddılar aqibətləri ziyana uğramaq oldu.
Bünyadov-Məmmədəliyev:
Onlar əməllərinin cəzasını aldılar axırda işləri ziyana uğramaq oldu.
Elmir Quliyev :
Они вкусили пагубные последствия своих деяний, и исходом их деяний стал убыток.
Ələddin Sultanov:
Beləcə, onlar əməllərinin cəzasını daddılar işlərinin sonu ziyana düşmək oldu.
Kerbelayi Malik ağa:
Beləcə (o ölkə xalqları) əməllərinin cəzasını daddı. Onların əməllərinin sonu hüsran oldu (ziyana uğradılar).
Ələsgər Musayev:
Öz əmrlərinin bəlasını daddılar onların əmrlərinin aqibəti xəsarətdə oldu.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onlar öz işlərinin pis aqibətini daddılar işlərinin axırı ziyana uğramaq oldu.
Kövsər Tağıyev:
Beləliklə, etdiklərinin cəzasını daddılar işlərinin sonu tam bir ziyan oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar öz əməllərinin cəzasını daddılar onların işlərinin aqibəti ziyana düşmək oldu.
Sabirə Dünyamalıyeva:
Beləliklə, onlar əməllərinin cəzasını gördülər. Əməllərinin nəticəsi tamamilə ziyana/itkiyə məruz qalaraq acı çəkmək olmuşdur.