Əlixan Musayev:
O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”– deyə duanızı qəbul etmişdi.
Bünyadov-Məmmədəliyev:
O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah: ) “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!” – deyə duanızı qəbul buyurmuşdu.
Elmir Quliyev
:
Вот вы попросили своего Господа о помощи, и Он ответил вам: "Я помогу вам тысячью ангелов, следующих друг за другом".
Ələddin Sultanov:
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi. (Həzrət Peyğəmbər Bədr döyüşündə səhabələrin az, müşriklərin isə çox olduğunu görən zaman qibləyə yönələrək əllərini uzatmış və dua etmişdi. Allah-Təala da onun duasını qəbul etmiş və min mələklə ona yardım etmişdi.)
Kerbelayi Malik ağa:
Rəbbinizdən kömək istədiyiniz zaman O, sizin duanızı qəbul etdi. Şübhəsiz ki, Mən bir-birinin ardınca gələn min mələklə sizə kömək edəcəm.
Ələsgər Musayev:
Onda Rəbbinizdən yardım diləyirdiniz və O sizə cavab verdi: «Mən imdad edərəm sizə bir – birinin ardınca mələklərdən mini ilə!»
A.Mehdiyev və D.Cəfərli:
O zaman (Bədr müharibəsi meydanında) Rəbbinizdən kömək istəyirdiniz. Beləliklə, (Allah) sizin duanızı qəbul etdi ki: «Mən mütləq sizə arxaları ilə minləri gətirən min mələklə kömək edəcəyəm (və mələklərin sayı ümumilikdə üç min oldu ki, beş minə qədər nəzərdə tutulmuşdular. Ali-İmran surəsinin 124-125-ci ayələrinə müraciət edin).
Kövsər Tağıyev:
Xatırlayın ki, yalvararaq Rəbbinizdən yardım istəyirdiniz. O da: “Mən sizə ard-arda gələn min mələklə yardım edirəm”, – deyə cavab vermişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O vaxt siz öz Rəbbinizdən yardım diləyirdiniz, O da sizə cavab verdi: "Şübhəsiz ki, Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm".
Sabirə Dünyamalıyeva:
O zaman siz Rəbbinizdən kömək diləyirdiniz, Rəbbiniz, "Şübhəsiz ki, Mən bir-birinin ardınca gələn minlərlə xəbərçi ayətlə sizə kömək edirəm" deyə sizə cavab vermişdi.