Tövbə Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Allahın ayələrini ucuz qiymətə satır (insanları) Onun yolundan döndərirdilər. Onların tutduqları necə pisdir!
Bünyadov-Məmmədəliyev:
Onlar (müşriklər ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər (islamı qəbul etməyə mane oldular). Həqiqətən, onların gördükləri necə pisdir!
Elmir Quliyev :
Они продавали знамения Аллаха за ничтожную цену и сбивали других с Его пути. Как же отвратительны их деяния!
Ələddin Sultanov:
Onlar az bir dəyər (fani dünya malı) müqabilində Allahın ayələrini satdılar. Sonra da (insanları) Allahın yolundan döndərdilər. Onların etdiyi əməllər necə pisdir!
Kerbelayi Malik ağa:
Allahın ayələrini az bir dəyərə satdılar. Beləcə Allahın yolundan (insanları) döndərdilər. Şübhəsiz ki, onların etdikləri pis bir işdir.
Ələsgər Musayev:
Onlar Allahın ayətləri ilə az qiymətə alver edirlər Onun yolundan sədd çəkirlər. Həqiqətən, onlar ki, əməl etdilər, pis oldu!
A.Mehdiyev və D.Cəfərli:
Onlar Allahın ayələrini vermək müqabilində az bir qazanc əldə etdilər (Peyğəmbəri onun kitabını inkar etməklə məqam dünya əldə etdilər), beləliklə (insanları) Onun yolundan saxladılar. Doğrudan da onların əməlləri pisdir.
Kövsər Tağıyev:
Allahın ayələrini ucuza satdılar, insanları Onun yolundan yayındırdılar. Bunların əməlləri pisdir!
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allahın ayələrini ucuz qiymətə sataraq, (insanları) Allahın yolundan döndərdilər. Onların etdikləri necə pisdir!
Sabirə Dünyamalıyeva:
Onlar Allahın ayələrini çox ucuz qiymətə satdılar Allah yolundan döndərdilər. Şübhəsiz ki, onların işlədikləri əməllər pisdir.