Nəhl Surəsi 90. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi qohum­­lara (haqqını) verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!
Elmir Quliyev :
Воистину, Аллах повелевает блюсти справедливость, делать добро и одаривать родственников. Он запрещает мерзости, предосудительные деяния и бесчинства. Он увещевает вас, быть может, вы помяните назидание.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi qohumlara haqqını verməyi əmr edər. Pis əməllər törətməyi azğınlığı sizə qadağan edir. O, sizə öyüd verir ki, bəlkə düşünüb ibrət alarsınız.
Ələsgər Musayev:
Həqiqətən, Allah əmr edir ədalətlə yaxşılıqla yaxınlara əta etməyi. Qadağan edir fahişəliyi bəyənilməyən işi zülm etməyi. O sizə nəsihət verir, ola ki, yad edəsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah (fərdi, ailəvi ictimai) ədaləti, yaxşılıq etməyi qohumun (özününkülərin Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah ədaləti, yaxşılıq etməyi, yaxınlara yardım etməyi əmr edir, həyasızlığı azğınlığı da qadağan edir. O, düşünüb əməl edəsiniz deyə sizə öyüd verir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah insaf yaxşılıq edilməsini, yaxınlara xeyirxahlıq göstərilməsini buyurur. O, qəbahəti, xoşagəlməz işləri azğınlığı yasaq edər. O, sizə öyüd-nəsihət verir ki, bəlkə bir düşünüb daşınasınız.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah, ədaləti, yaxşı-gözəl əməl işləməyi yaxınlara [haqqını] verməyi əmr edir; həyasızlığı, pis işləri azğınlığı qadağan edir. O, fikirləşib öyüd alasınız deyə sizə öyüd verir.