Əlixan Musayev:
Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona (uşaq doğmağa) qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər.
Bünyadov-Məmmədəliyev:
Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər.
Elmir Quliyev
:
Мы ответили на его мольбу, даровали ему Йахью (Иоанна) и сделали его жену способной на это. Воистину, они спешили творить добро, взывали к Нам с чаянием и страхом и были смиренны перед Нами.
Ələddin Sultanov:
Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər.
Kerbelayi Malik ağa:
Bunun üzərinə onun duasını qəbul etdik. Ona Yəhyanı (ə.s) bəxş etdik. Onun üçün zövcəsini də islah etdik (övladı ola biləcək vəziyyətə gətirdik). Şübhəsiz ki, onlar xeyirlərdə yarışırdılar. Bizə rəğbət edərək və qorxaraq dua edərdilər. Onlar Bizə huşu duyanlar idi.
Ələsgər Musayev:
Cavab verdik ona və bəxş etdik ona
Yəhyanı və salehə etdik onun üçün zövcəsini. Həqiqətən, onlar
oldular sürətli xeyratda və çağırdılar Bizi rəğbətlə və ümidlə və
oldular Bizim üçün müti, çəkinənlər!
A.Mehdiyev və D.Cəfərli:
Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər.
Kövsər Tağıyev:
Biz də onun duasını qəbul etdik və ona Yəhyanı bağışladıq. Onun üçün zövcəsini də (doğmağa) qabil etdik. Onlar, həqiqətən, xeyir işlərdə yarışır, (rəhmətimizə) ümid edərək və (əzabımızdan) qorxaraq bizə dua edərdilər. Onlar bizə qarşı dərin ehtiram duyan kimsələr idilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona cavab verdik və Yəhyanı ona bəxş etdik, zövcəsini isə onun üçün (uşaq doğmağa) yararlı etdik. Həqiqətən, onlar xeyir işlər görməyə can atır, Bizi ümid və qorxu hissi ilə çağırır və Bizə boyun əyirdilər.
Sabirə Dünyamalıyeva:
və Biz, ona cavab vermişdik. Və ona Yəhyanı bəxş etdik. Və onun üçün zövcəsini yaxşılaşdırdıq/doğmağa qabil hala gətirdik. Şübhəsiz ki, onlar yaxşı işlər görməkdə yarışır, ümid edərək ve adam kimi adam olaraq Bizə yalvarırdılar. Və Bizə qarşı dərin hörmət bəsləyirdilər.