Maidə Surəsi 90. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!
Elmir Quliyev :
О те, которые уверовали! Воистину, опьяняющие напитки, азартные игры, каменные жертвенники (или идолы) и гадальные стрелы являются скверной из деяний дьявола. Сторонитесь же ее, быть может, вы преуспеете.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Həqiqətən, içki, qumar, bütlər fal oxları şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Ancaq şərab, qumar, bütlər fal oxları şeytanın əməlindən murdar şeylərdir. Artıq bunlardan çəkinin. Ümid edilər ki, beləcə siz fəlaha çatarsınız.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Çaxır qumar bütlər fal oxları şeytan əməlindən olan ricsdir. Ondan uzaqlaşın, ola ki, nicat tapasınız!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, həqiqətən şərab, qumar asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək həmin qurbanın ətindən yemək) qumardakı püşk oxları nəcis murdardır Şeytanın ixtiralarındandır. Buna görə onlardan çəkinin, bəlkə nicat tapasınız.
Kövsər Tağıyev:
Ey iman edənlər! (Ağlı başdan alan) içki (və ona bənzər şeylər), qumar, dik daşlar fal oxları şeytan işi olan pis şeylərdir. Onlardan uzaq durun ki, qurtuluşa çatasınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Şərab, qumar, bütlər fal oxları şeytan əməlindən olan murdar şeylərdir. Onlardan uzaqlaşın ki, bəlkə uğur qazanasınız.
Sabirə Dünyamalıyeva:
90) Ey iman etmiş kəslər! Xəmr [içki/hər hansı bir yolla ağlı örtmək], qumar; asan qazanc əldə etmək məqsədi ilə hər cür bəxt oyunu, sitayiş edilən əşyaları, kəsləri təmsil edən işarələr; simvollar fal oxları; bütün kəhanət vasitələri vəsaitləri ancaq şeytan əməli [olub] zərər verən şeylərdir. Elə isə [öz] vəziyyətinizi qorumağınız, xilas olmağınız üçün bu şeytan əməlindən çəkinin.