Əlixan Musayev:
Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Kitab) aləmlər üçün yalnız bir xatırlatmadır”.
Bünyadov-Məmmədəliyev:
Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (islam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir moizədir (öyüd-nəsihətdir)”.
Elmir Quliyev
:
Это — те, кого Аллах повел прямым путем. Следуй же их прямым путем. Скажи: "Я не прошу у вас вознаграждения за него. Это не что иное, как Напоминание для миров".
Ələddin Sultanov:
Onlar (o peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yoluna tabe ol! De: “Bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran), aləmlər üçün ancaq bir nəsihətdir”.
Kerbelayi Malik ağa:
Onlar Allahın hidayət etdiyi kəslərdir. Elə isə onların hidayətinə tabe ol! ‘Mən ona qarşılıq sizdən bir ücrət istəmirəm. O ancaq aləmlər üçün bir zikrdir.’ de.
Ələsgər Musayev:
Həmin o kəsləri ki, Allah hidayət edib, onların hidayətinə iqtida et! De: «Mən buna görə sizdən əcr istəmirəm. O, ancaq zikrdir aləmlər üçün!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar (peyğəmbərlər) Allahın hidayət etdiyi kəslərdir. Odur ki, onların hidayət, yol və üslublarına tabe ol. (Və camaata) de: «Mən bunun (ilahi peyğəmbərlik vəzifəsinin təbliği) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm (tələb etmirəm). Bu (Qur’an) aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyil».
Kövsər Tağıyev:
O peyğəmbərlər Allahın doğru yola yönəltdiyi kimsələrdir. (Ey Muhamməd!) Sən də onların tutduğu yola tabe ol. De ki: “Bu təbliğin müqabilində sizdən bir şey istəmirəm. O, (Qur`an) bütün aləmlər üçün yalnızca bir xəbərdarlıqdır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar Allahın düz yolla apardığı kəslərdir. Bunların yolu ilə get ! De: "Bunun üçün sizdən bir haqq istəmirəm. O [Quran], aləmlər üçün yalnız bir xatırlatma - öyüd-nəsihətdir".
Sabirə Dünyamalıyeva:
Bax bunlar, Allahın yol göstərdiyi kəslərdir. Artıq sən də onların bələdçisinə/vəhyə tabe ol. De ki: "Mən onun müqabilində sizdən heç bir muzd istəmirəm. O, yalnız aləmlərə bir öyüd-nəsihətdir."