Əlixan Musayev:
Onun qövmünün kafir zadəganları dedilər: “Əgər Şueybin ardınca getsəniz, siz mütləq ziyana uğrayanlardan olarsınız”.
Bünyadov-Məmmədəliyev:
(Şüeyb) tayfasının kafir əyanları (tabeliyində olanlara) dedilər: “Əgər (dininizi atıb) Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!”
Elmir Quliyev
:
Знатные люди из его народа, которые не уверовали, сказали: "Если вы последуете за Шуейбом, то непременно окажетесь в числе потерпевших урон".
Ələddin Sultanov:
Qövmünün kafir başçıları dedilər: “Əgər siz Şüeybə uysanız, o zaman həqiqətən, ziyana uğrayarsınız!”
Kerbelayi Malik ağa:
Qövmündən kafir olan öndərlər belə dedilər: ‘Əgər, həqiqətən Şuayba tabe olsanız, o təqdirdə siz mütləq hüsranda olanlardan (nəfslərini ziyana uğradanlardan) olarsınız.’
Ələsgər Musayev:
Onun qoumundan o kəslər ki, kafir idilər böyükləri, dedi: «Əgər tabe olsanız Şueybə, həqiqətən, siz onda xəsarətlilərsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
Onun qövmünün kafir başçı və böyükləri dedilər: «Əgər Şüeybə tabe olsanız, onda siz mütləq ziyana uğramış olacaqsınız».
Kövsər Tağıyev:
Şüeybin qövmündən inkar edən öndərlər dedilər ki: “(Ey əhali!) And olsun ki, əgər Şüeybə tabe olsanız, o zaman ziyana düşənlərdən olarsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun tayfasının küfr edən başçıları dedilər. "Əgər siz Şüeybin ardınca getsəniz, onda ziyana uğrayarsınız".
Sabirə Dünyamalıyeva:
Və onun qövmündən kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] başçılar dedilər ki: "Əgər Şüeybə tabe olsanız, siz həqiqətən ziyana uğrayanlardan olarsınız."