Yusif Surəsi 91. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq”.
Bünyadov-Məmmədəliyev:
Onlar: “Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!” dedilər.
Elmir Quliyev :
Они сказали: "Клянемся Аллахом! Аллах предпочел тебя нам. Мы же были грешниками".
Ələddin Sultanov:
Onlar: “Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə, əlbəttə, xəta etmişik!” - dedilər.
Kerbelayi Malik ağa:
‘Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz əlbəttə (qəsdən günah işləyən) günahkarlar olduq.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Allaha and olsun! Allah səni bizdən üstün edib biz isə xəta edənlərik!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Allaha and olsun ki, Allah səni seçərək bizdən üstün etmişdir biz doğrudan da səhv etmişik».
Kövsər Tağıyev:
Dedilər ki: “Allaha and olsun, həqiqətən, Allah səni bizdən üstün tutmuşdur. Həqiqətən, biz günah etmişdik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Allaha and olsun! Allah səni bizdən üstün etmişdir. Həqiqətən, biz günahkar olmuşuq".
Sabirə Dünyamalıyeva:
Onlar dedilər ki: "Allaha and olsun, Allah səni həqiqətən bizdən üstün etdi. biz həqiqətən xətalı idik."