Əlixan Musayev:
Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, Quranı (müxtəlif) hissələrə böldülər! (Yəhudilər və xaçpərəstlər, yaxud müşriklər Quranın bir qisminə inanıb, digər qismini inkar edirdilər. Onların bəzisi Quranı şer, bəzisi sehr, bəzisi isə kahinlik əsəri adlandırırdı).
Elmir Quliyev
:
которые поделили Коран на части (уверовали в одну часть Корана и отвергли другую).
Ələddin Sultanov:
O kəslər ki, Quranı hissələrə ayırdılar”. (Quranı hissələrə ayıranlar onun bir qismini qəbul edib bir qismini inkar edənlərdir. Yaxud da Qurana şeir və ya əfsanə deyənlərdir.)
Kerbelayi Malik ağa:
Onlar Qurani Kərimi parça-parça etdilər.
Ələsgər Musayev:
o kəslər ki, Qur’anı hissələrə böldülər.
A.Mehdiyev və D.Cəfərli:
Həmin o kəslərə ki, (peyğəmbərin göndərilməsinin əvvəlində) Qur’anı neçə hissəyə böldülər (bir hissəsini sehr, bir hissəsini şer, bir hissəsini keçmişlərin əhvalatları və bir hissəsini cinlərin kəlamı adlandırdılar. Həmçinin onun bir hissəsini qəbul və bir hissəsini rədd etdilər. Onları müxtəlif əzablarla həlak etdik).
Kövsər Tağıyev:
Onlar (bir qisminə inanıb, bir qismini inkar edərək) Qur`anı da hissə-hissə edənlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərə ki, onlar Quranı hissə-hissə etdilər.
Sabirə Dünyamalıyeva:
Onlar; Quranı sehr, şeir, əsatir (mifoloji rəvayətlər), uydurulmuş söz-söhbət parçaları, pis sözlər kimi qəbul edən kəslər, iman etmirlər deyə sən özünü həlakmı edəcəksən!