Ənbiya Surəsi 91. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İsmətini qoruyan (Məryəmi yada sal!) Biz Öz ruhumuzdan (Cəbrail vasitəsilə) ona üfürdük, onu onun oğlunu aləmlərə bir möcüzə etdik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi yad et)! Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara cinlərə) bir möcüzə etdik.
Elmir Quliyev :
Помяни также ту, которая сохранила свое целомудрие (Марьям). Мы вдохнули в нее посредством Нашего духа (Джибрила) и сделали ее и ее сына (Ису) знамением для миров.
Ələddin Sultanov:
İsmətini qorumuş olanı da (Məryəmi yad et)! Biz ona Öz ruhumuzdan üfürdük. Onu oğlunu aləmlər üçün bir möcüzə etdik.
Kerbelayi Malik ağa:
O (Hz. Məryəm) ismətini qorudu. O zaman Biz ruhumuzdan onun içinə üflədik. Onu oğlunu aləmlərə ayə (ibrət) etdik.
Ələsgər Musayev:
Onu hansı ki, qoruyurdu öz ciddiliyini. Üfürdük Biz ona ruhumuzdan etdik onu onun oğlunu aləmlər üçün ayət.
A.Mehdiyev və D.Cəfərli:
öz iffətini (halal haramdan) qorumuş o qadını (Məryəmi yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət qüdrətimizin) bir nişanə(si) etdik.
Kövsər Tağıyev:
İsmətini qoruyan qadını da (Məryəmi də) yada sal. Ona öz ruhumuzdan üfürmüşdük. Özünü də, oğlunu da aləmlərə (qüdrətimizi göstərən) bir dəlil olaraq var etmişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz bəkarətini qoruyub saxlamış qadını [Məryəmi] (yada sal). Biz öz ruhumuzdan ona üfürdük. Onu da, oğlunu da aləmlər üçün bir möcüzə etdik.
Sabirə Dünyamalıyeva:
ismətini diqqətlə qoruyan qadın; Biz, ona mötəbər elmimizdən elm verdik. özünü oğlunu aləmlər üçün bir işarət/nişanə etdik.