Ali-İmran Surəsi 91. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən də, kafir olub kafir kimi ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır onların köməkçiləri olmayacaqdır.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola (əzabdan qurtarmaq üçün) onu fidyə verə, yenə qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən olmaz!
Elmir Quliyev :
Воистину, от тех, которые не уверовали и умерли неверующими, не будет принято даже золото размером с землю, если кто-нибудь из них попытается откупиться этим. Им уготованы мучительные страдания, и не будет у них помощников.
Ələddin Sultanov:
Həqiqətən, kafir olub kafir kimi ölənlərdən hər hansı biri (cəhənnəm əzabından xilas olmaq üçün) dünya dolusu qızılı fidyə versə belə, ondan qəbul olunmayacaqdır. Onlar üçün dəhşətli bir əzab vardır. Onların heç bir köməkçisi olmayacaqdır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, inkar edib kafir olaraq ölənlərin heç birindən dünya dolusu qızılı olsa onu fidyə olaraq versə, artıq əsla qəbul edilməz. Onlar üçün ‘əlim əzab’ vardır. Onlar üçün bir yardımçı yoxdur.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, kafir olurlar ölürlər kafir olaraq, qəbul olunmaz onların birindən də, əgər ərz milə-mil ola qızılla istəyə fidyə edə onunla. Həmin onlar üçün əzab var, ələmli. yoxdur onlar üçün yardım edənlərdən!
A.Mehdiyev və D.Cəfərli:
H?qiq?t?n kafir olub kufr hal?nda (kafir olaraq) olmus k?sl?rin hec birind?n oz canlar?n?n qurtulmas? ucun h?tta yer uzunun tutumu q?d?r q?z?l vers?l?r bel? q?bul olunmayacaqd?r. Onlar ucun agr?l? bir ?zab vard?r v? onlara bir kom?k ed?n (d?) olmayacaqd?r.
Kövsər Tağıyev:
Sözsüz ki, inkar edib kafir olaraq ölənlər ki var, dünya dolusu qızılı fidyə versələr belə bu, heç birindən əsla qəbul olunmayacaq. Onlar üçün ağrılı-acılı bir əzab var. Onların heç bir yardımçıları da yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərin kafir qalaraq ölənlərin heç birindən özünü qurtarmaq üçün əvəz olaraq yer üzü dolusu qızıl versə də, qəbul olunmayacaqdır. Onlar üçün üzücü əzab vardır onlara heç bir kömək edən olmaz.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, küfr işləyən [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən] bu halda ölən kəslərin heç birindən dünya dolusu qızıl -onu fidyə/xilas olmaq üçün əvəz versələr belə- əsla qəbul olunmaz. Bax onlar üçün dözülməz əzab var. Onlar üçün heç bir köməkçi yoxdur.