Əlixan Musayev:
Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir.
Bünyadov-Məmmədəliyev:
Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!
Elmir Quliyev
:
Сегодня Мы спасем твое тело, чтобы ты стал знамением для тех, кто будет после тебя". Воистину, многие люди пренебрегают Нашими знамениями.
Ələddin Sultanov:
(Ey Firon!) Səndən sonrakılara ibrət olsun deyə bu gün sənin (cansız) bədənini xilas edəcəyik. Həqiqətən, insanların çoxu ayələrimizdən qafildir.
Kerbelayi Malik ağa:
Beləcə səndən sonrakı nəsillərə bir dəlil (ibrət) olmağın üçün bu gün sənin bədənini (cəsədini) xilas edəcəyik. İnsanların çoxu əlbəttə ayələrimizdən qafillərdir.
Ələsgər Musayev:
Bəs bu gün sənin bədənini xilas edərik, ta səndən
sonra gələnlərə ayət olsun və həqiqətən, insanlardan əksəriyyəti
Bizim ayətlərimizdən qafildirlər!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər.
Kövsər Tağıyev:
Musa: “Sizə haqq gəldiyi zaman onun haqqında belə deyirsiniz? Bu bir sehrdirmi? Halbuki sehrbazlar nicat tapmazlar!” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu gün Biz sənin cəsədini (sudan) çıxarırıq ki, sən özündən sonra gələnlər üçün bir ibrət olasan. Axı insanların çoxu hələ ayələrimizdən xəbərsizdir."
Sabirə Dünyamalıyeva:
Artıq Biz, səndən sonra gələcəklərə ibrət olasan deyə, bu gün səni zirehilə birlikdə xilas edəcəyik.- Və şübhəsiz, insanlardan bir çoxu həqiqətən Bizim ayələrimizə/işarətlərimizə/nişanələrimizə qarşı laqeyd/qafildir.