Yusif Surəsi 92. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Yusuf) dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir.
Bünyadov-Məmmədəliyev:
(Yusif) dedi: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)
Elmir Quliyev :
Он сказал: "Сегодня я не стану укорять вас. Да простит вас Аллах, ибо Он Милосерднейший из милосердных.
Ələddin Sultanov:
(Yusif) dedi: “Bu gün siz töhmətlənməyəcəksiniz. Allah sizi bağışlasın! O, mərhəmətlilərin ən mərhəmətlisidir.
Kerbelayi Malik ağa:
‘Bu gün siz qınanılmayacaqsınız. Allah sizi məğfirət etsin. O, Rəhim olanların ən çox rəhmət (mərhəmət) edənidir.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Bu gün sizin üçün məzəmmət yeri yoxdur. Allah sizi bağışlar O rəhm edənlərin rəhimlisidir!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır».
Kövsər Tağıyev:
Yusuf dedi ki: “Bu gün sizə bir məzəmmət yoxdur. Allah sizi bağışlasın. O, mərhəmətlilərin ən mərhəmətlisidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Bu gün sizə bir tənə yoxdur. Allah sizi bağışlasın, axı O, rəhm edənlərin ən mərhəmətlisidir!
Sabirə Dünyamalıyeva:
Yusif dedi ki: "Bu gün sizə bir məzəmmət danlaq yoxdur. Allah sizi bağışlasın. O, rəhm edənlərin ən rəhmlisidir.