Əlixan Musayev:
Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.
Bünyadov-Məmmədəliyev:
Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!
Elmir Quliyev
:
Вы не обретете благочестия, пока не будете расходовать из того, что вы любите , и что бы вы ни расходовали, Аллах ведает об этом.
Ələddin Sultanov:
Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir. (“Yaxşılıq” olaraq tərcümə etdiyimiz “birr” kəlməsini təfsirçilər “cənnət, xeyrin və yaxşılığın zirvə nöqtəsi, Allahın rəhməti və rizası” olaraq təfsir etmişlər.)
Kerbelayi Malik ağa:
Sevdiyiniz şeylərdən infaq etmədikcə (Allah üçün vermədikcə) əsla Birrə nail ola bilməzsiniz. (Allahın sizə verdiklərindən Allah üçün) bir şey infaq etdiyiniz zaman şübhəsiz ki, Allah onu ən yaxşı biləndir.
Ələsgər Musayev:
Nail olmazsınız yaxşılığa, ta infaq edəsiniz nədən ki,
sevirsiniz. Nə ki, infaq edirsiniz şeydən, həqiqətən, Allah onun
ilə Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sevdiyiniz seyl?rd?n (Allah yolunda) x?rcl?m?yinc? ?sla (kamil) yaxs?l?ga nail ola bilm?zsiniz. Allah subh?siz ki, (Onun yolunda) x?rcl?diyiniz h?r seyi bil?ndir.
Kövsər Tağıyev:
Sevdiyiniz şeylərdən Allah yolunda xərcləmədikcə yaxşılığa əsla nail ola bilməzsiniz. Nə xərcləsəniz, Allah onu bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Özünüz sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə (istədiyiniz) xeyrə nail olmayacaqsınız, Siz nə sərf edirsinizsə, şübhəsiz ki, Allah onu bilir.
Sabirə Dünyamalıyeva:
Sevdiyiniz şeylərdən Allah yolunda sərf etməyincə, əsla "yaxşı adamlıq" mərtəbəsinə çata bilməzsiniz. Və siz, hər nəyi bağışlasanız həqiqətən Allah, onu ən yaxşı biləndir.