Əlixan Musayev:
Allaha itaət edin, (Onun) Elçisinə itaət edin və (asi olmaqdan) çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir.
Bünyadov-Məmmədəliyev:
Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).
Elmir Quliyev
:
Повинуйтесь Аллаху, повинуйтесь Посланнику и остерегайтесь! Но если вы отвернетесь, то знайте, что на Нашего Посланника возложена только ясная передача откровения.
Ələddin Sultanov:
Allaha itaət edin! Peyğəmbərə itaət edin və (pis işlərdən) çəkinin! Əgər (itaət etməkdən) üz çevirsəniz, bilin ki, elçimizin vəzifəsi açıq-aydın bir təbliğdir.
Kerbelayi Malik ağa:
Allaha itaət edin və Rəsula itaət edin və (onlara qarşı gəlməkdən) çəkinin. Əgər bundan sonra üz çevirsəniz bilin ki, Rəsulumuzun üzərinə düşən yalnız açıq-aşkar bir təbliğdir.
Ələsgər Musayev:
İtaət edin Allaha və
itaət edin rəsula və həzər edin! Əgər üz döndərsəniz və bilin ki,
rəsulumuzun üzərində olan ancaq aşkar təbliğdir!
A.Mehdiyev və D.Cəfərli:
Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır (onun icrası peyğəmbərin vəzifəsi deyildir. İcra imamətin vəzifələrindəndir və həmçinin peyğəmbərin vəzifəsi cəzalandırmaq da deyil, çünki bu, Allahın istək və iradəsindən asılıdır).
Kövsər Tağıyev:
Elə isə Allaha itaət edin, peyğəmbərə itaət edin və Allaha qarşı gəlməkdən çəkinin. Əgər üz döndərsəniz, bilin ki, elçimizin öhdəsinə düşən ancaq və ancaq açıq-aşkar təbliğdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha itaət edin, peyğəmbərə itaət edin və ehtiyatlı olun. Əgər üz döndərsəniz, bilin ki, peyğəmbərimizin vəzifəsi ancaq açıq bəyan etməkdir.
Sabirə Dünyamalıyeva:
92) Və Allaha itaət edin, Elçiyə itaət edin və çəkinib tədbirli olun. Əgər üz çevirsəniz, bilin ki, Elçimizin vəzifəsi yalnız açıq-aşkar təbliğdir.