Əlixan Musayev:
Şueybi yalançı sayanlar, sanki orada yaşamamışdılar. Şueybi yalançı sayanların özləri ziyana uğrayanlardan oldular.
Bünyadov-Məmmədəliyev:
Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.
Elmir Quliyev
:
Те, которые сочли Шуейба лжецом, словно никогда не жили там. Те, которые сочли Шуейба лжецом, оказались потерпевшими убыток.
Ələddin Sultanov:
Şüeybi yalanlayanlar, sanki orada heç naz-nemət içində yaşamamış kimi oldular. Şüeybi yalanlayanların özləri ziyana uğradılar.
Kerbelayi Malik ağa:
Şuaybı (ə.s) təkzib edənlər (yalanlayanlar), sanki orada heç var olmamış kimi idilər. Şuaybı (ə.s) yalanlayanlar hüsranda oldular (nəfslərini hüsrana uğratdılar).
Ələsgər Musayev:
O kəslər ki, Şueybi yalançı saydılar, sanki orada ehtiyacsız yaşamamışdılar! O kəslər ki, Şueybi yalançı saydılar, oldular onlar xəsarətlilər!
A.Mehdiyev və D.Cəfərli:
(Bəli,) Şüeybi təkzib edənlər (elə məhv oldular) sanki heç vaxt orada yaşamayıblar. Şüeybi təkzib edənlər, özləri ziyana uğramışlar idilər.
Kövsər Tağıyev:
Şüeybi yalançı hesab edənlər sanki orada heç yaşamamışdılar. Şüeybi yalançı hesab edənlər ki var, əsl ziyana uğrayanlar onlar oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Şüeybi yalançı hesab edənlər sanki orada heç yaşamamışdılar. Şüeybi yalançı hesab edənlər ziyana uğradılar.
Sabirə Dünyamalıyeva:
Şüeybi inkar edənlər sanki heç orada yaşamamış/nemət içində yaşamamışdılar. Şüeybi inkar edənlər yoxmu, bax, ziyana uğrayanlar elə onların özü oldu.