Tövbə Surəsi 92. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman (cihad üçün) xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin (heç bir günahı yoxdur).
Bünyadov-Məmmədəliyev:
(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”, - deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!
Elmir Quliyev :
Также нет греха на тех, которым, когда они пришли к тебе, чтобы ты обеспечил их верховыми животными, ты сказал: не могу найти животных для вас". Они вернулись с глазами, полными слез от огорчения тем, что они не нашли средств на пожертвования.
Ələddin Sultanov:
Minik təmin etməyin üçün sənin yanına gəldiklərində: “Sizi mindirməyə bir heyvan tapa bilmirəm”, - dediyin zaman xərcləyəcək bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönən kimsələrə (günah qınaq) yoxdur. (Səhabələrdən çox kasıb olan bir qrup müsəlman Təbük səfərinə qatılmaq istəmiş, ancaq səfər üçün yemək, paltar minik tapa bilməmişdilər. Bunları təmin etməsi üçün Həzrət Peyğəmbərə müraciət etdilər. Həzrət Peyğəmbər onların ehtiyaclarını təmin edə bilmədikdə, kədərdən ağlayaraq geri qayıtdılar. Yuxarıdakı ayə bu hadisəyə işarə edir.)
Kerbelayi Malik ağa:
Onları miniklə təmin etməyin üçün sənin yanına gəldikləri zaman sənin: ‘Sizi mindirəcək bir şey tapa bilmədim.’ dediyin, infaq edəcək bir şey tapa bilmədikləri üçün üzülərək, gözlərindən qanlı yaşlar axaraq dönən kimsələrə (bir günah) yoxdur.
Ələsgər Musayev:
Yoxdur üzərində o kəslərin ki, yanına gəlib vəsilə istədilər, ta cihada getsinlər sən deyirsən: «Tapmıram vəsilə ki, sizi göndərəm». Onlar qayıtdılar gözləri hüzndən yaş tökürdü ki, niyə cihad xərci tapa bilmirlər.
A.Mehdiyev və D.Cəfərli:
Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən «sizi mindirmək üçün bir miniyim yoxdur» deyəndə (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə (bir günah yoxdur).
Kövsər Tağıyev:
Özlərini (bir miniyə) mindirib (cəbhəyə) göndərəsən deyə sənin yanına gəldikləri, sənin də: “Sizi mindirə biləcəyim bir şey tapa bilmirəm”, dediyin zaman, (bu yolda) xərcləməyə bir şey tapa bilmədikləri üçün gözü yaşlı geri qayıdan kimsələrə (cihaddan geri qaldıqları üçün) günah yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərə günah olmaz ki, onlar səndən minik almaq üçün yanına gələndə sən deyirsən: "Sizin üçün bir minik tapmıram". Onlar (cihad üçün) sərf etməyə bir şey tapa bilmədiklərindən gözləri kədərdən yaş ilə dolaraq geri qayıdırlar.
Sabirə Dünyamalıyeva:
bir onları mindirəsən deyə sənin yanına gəldikdə: "Sizi üstünə mindirəcək heç bir şey tapa bilmirəm" dediyin zaman, Allah yolunda sərf etməyə bir şey tapa bilmədiklərindən ötrü qəmlənib gözlərindən yaş axa-axa geri qayıdan kəslərə bir günah, çətinlik yoxdur. Gözəl-yaxşı əməl işləyənlərin əleyhinə bir yol yoxdur.