Ənbiya Surəsi 93. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.
Bünyadov-Məmmədəliyev:
Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. (Biz müvafiq surətdə əməllərinin əvəzini verəcəyik).
Elmir Quliyev :
Они впали в противоречия, но все они вернутся к Нам.
Ələddin Sultanov:
(Ancaq insanlar) öz aralarında (dini dünyəvi) işlərin birliyini pozdular. Hamısı Bizə dönəcək.
Kerbelayi Malik ağa:
Əmrlərini (tətbiqlərini) öz aralarında böldülər (firqələrə ayrıldılar). Hamısı Bizə dönəcək olanlardır.
Ələsgər Musayev:
Böldülər əmrlərini onlar öz aralarında. Küllisi Bizə tərəf müraciət edəcəklər!
A.Mehdiyev və D.Cəfərli:
Lakin onlar öz (din şəriət) işlərini öz aralarında parça-parça etdilər (hər bir dəstə onun bir parçasını bidətlərlə qarışdıraraq özü üçün din etdi bütpərəst, yəhudi, xaçpərəst, zərdüşt, sabii digər dinlərə bölündü). (Nəhayət sabah, Qiyamət günü) hamılıqla Bizə tərəf qayıdacaqlar.
Kövsər Tağıyev:
(İnsanlar) işlərini öz aralarında parça-parça etdilər. Onların hamısı yalnız bizim hüzurumuza qayıdacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə bu məsələdə öz aralarında parçalandılar. Onların hamısı Bizim dərgahımıza qayıdacaqdır.
Sabirə Dünyamalıyeva:
Halbuki şərik qoşanlar, işlərini aralarında parça-parça etdilər. Hamısı yalnız Bizə qayıdacaqlar.