Əlixan Musayev:
De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!”
Bünyadov-Məmmədəliyev:
Və de: “Həmd olsun Allaha! O Öz ayələrini (qüdrət nişanələrini) sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən (Məkkə müşrikləri və kafirlərin gördüyü işlərdən) əsla xəbərsiz deyildir!”
Elmir Quliyev
:
Скажи: "Хвала Аллаху! Он покажет вам Свои знамения, и вы узнаете их". Твой Господь не находится в неведении о том, что вы совершаете.
Ələddin Sultanov:
De: “Həmd Allaha məxsusdur! O, dəlillərini sizə göstərəcək, siz də onları biləcəksiniz”. Rəbbin sizin etdiklərinizdən xəbərsiz deyildir.
Kerbelayi Malik ağa:
De ki: ‘Həmd Allah üçündür. Sizə ayələrini göstərəcək, beləliklə onları tanıyacaqsınız.’ Sənin Rəbbin etdiklərinizdən qafil deyil.
Ələsgər Musayev:
De: «Həmd Allah üçündür! O seyr etdirərək göstərəcəkdir ayətlərini sizə və siz ona arif olacaqsınız və deyil Rəbbin qafil ilə nədən ki, əməl edirsiz!»
A.Mehdiyev və D.Cəfərli:
Və de: «Həmd (aləmdəkiləri bu kitaba doğru dəvət etmiş) Allaha məxsusudur. Tezliklə Allah Öz (qəti) nişanələrini sizə (müşriklərə dünyada Bədr günündəki kimi və ya axirətdə) göstərəcək, siz onu tanıyacaqsınız. Sənin Rəbbin etdiklərinizdən xəbərsiz deyildir!»
Kövsər Tağıyev:
De ki: “Həmd Allaha məxsusdur. O, ayələrini sizə göstərəcək və siz də onları tanıyacaqsınız. Rəbbin etdiklərinizdən xəbərsiz deyil”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allaha həmd olsun! O, Öz ayələrini sizə göstərəcəkdir və siz onları biləcəksiniz. Sənin Rəbbin nələr etdiyinizdən xəbərsiz deyildir."
Sabirə Dünyamalıyeva:
Və bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz. O, ayələrini/nişanələrini/işarətlərini sizə göstərəcək və siz də onları tanıyacaqsınız" de. -Və Rəbbin, elədiklərinizdən xəbərsiz deyildir.-