Əlixan Musayev:
Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”
Bünyadov-Məmmədəliyev:
Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yəqub peyğəmbərin) yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail övladına halal idi. (Ya Rəsulum! Yəhudilərə) de: “Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin və onu oxuyun!”
Elmir Quliyev
:
Любая пища была дозволена сынам Исраила (Израиля), кроме той, которую Исраил (Израиль) запретил самому себе до ниспослания Таурата (Торы). Скажи: "Принесите Таурат (Тору) и прочтите его, если вы говорите правду".
Ələddin Sultanov:
Tövratın göndərilməsindən əvvəl İsrailin (Yaqub peyğəmbərin) özünə haram etdiyi şeylər istisna olmaqla, hər növ yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru söyləyirsinizsə, Tövratı gətirin və oxuyun!”
Kerbelayi Malik ağa:
Tövrat endirilmədən əvvəl İsrail oğullarının öz-özlərinə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğulları üçün halal idi. De ki: ‘Əgər siz (yəminlərinizdə və sözlərinizdə) sadiqsinizsə (doğru söyləyənlərsinizsə), elə isə Tövratı gətirib oxuyun.’
Ələsgər Musayev:
Külli təamlar Israil oğulları üçün halal oldu,
ancaq ondan başqa ki, Tövrat nazil olmamışdan qabaq Israil öz
nəfsinə haram etmişdi. De: «Gəlin Tövrat ilə və tilavat edin
onu, əgər oldunuz sadiqlər!»
A.Mehdiyev və D.Cəfərli:
Tovrat nazil olmam?sdan qabaq Israilin (Y?qubun x?st?liy? v? ya etdiyi n?zr? gor?) ozun? haram etdiyi seyl?rd?n (d?v? ?ti v? sudund?n) basqa butun yem?kl?r Israil ovladlar?na halal idi. (Dem?li pak olan seyl?rd?n b?zil?rinin Tovratda haram edilm?sinin s?b?bi onlar?n kecmis s?ri?td?n qalmalar? deyil, Israil ovladlar?n?n gunahlar?d?r.) De: «?g?r dogru deyirsinizs? (bel? deyils?) onda Tovrat? g?tirin v? onu oxuyun (ki, Tovratda haram edil?n yem?kl?rin c?za xarakterli hokml?r olmas? subuta yetsin).»
Kövsər Tağıyev:
Tövrat endirilmədən əvvəl İsrailin (Yaqubun) özünə haram etdiyi xaricində bütün təamlar İsrail oğullarına halal idi. De ki: “Əgər doğru söyləyənlərsinizsə, Tövratı gətirib oxuyun”.
M.Qənioğlu və T.Bilaloğlu:
Tövratın nazil olmasından əvvəl İsrailin [Yaqubun] özü üçün haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail övladları üçün halal idi. De: "Əgər siz düz danışansınızsa, Tövratı gətirib oxuyun!”
Sabirə Dünyamalıyeva:
Tövrat nazil olmamışdan əvvəl, İsrailin/Yəqubun özü-özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğulları üçün halal idi. De ki: "Əgər doğru kəslərsinizsə, dərhal Tövratı gətirin və onu oxuyun.