Əlixan Musayev:
Yalnız varlı olduqları halda (evdə qalmaq üçün) səndən icazə almağa gələnlər danlanmalıdırlar. Onlar arxada qalanlarla birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar (özlərininaqibətini) bilməzlər.
Bünyadov-Məmmədəliyev:
Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (başlarına gələcək müsibəti) bilməzlər!
Elmir Quliyev
:
Укора заслуживают только те, которые попросили тебя остаться дома, будучи богатыми. Они были рады оказаться среди тех, кто остался позади. Аллах запечатал их сердца, и они не знают истины.
Ələddin Sultanov:
Ancaq zəngin olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər qınanmalıdırlar. Onlar arxadakılarla birlikdə qalmağa razı oldular. Allah onların qəlblərinə möhür vurmuşdur. Onlar artıq anlamazlar.
Kerbelayi Malik ağa:
Lakin zəngin olduqları halda səndən icazə istəyib, geridə qalanlarla birlikdə olmağa razı olan kəslərə yol (günaha vəsilə) vardır. Allah onların qəlblərinin üzərini təb etdi (möhürlədi). Artıq onlar anlamazlar.
Ələsgər Musayev:
Təkcə o kəslər üçün
məzəmmət yolu vardır ki, dövlətlidirlər və səndən izn istəyirlər.
Razı olurlar arxada qalanlarla olsunlar. Allah qəlblərinə möhür
vurdu onların və onlar bilmirlər!
A.Mehdiyev və D.Cəfərli:
(Məzəmmət) yol(u) yalnız o kəslərə (açıqdır) ki, ehtiyacsız olmalarına baxmayaraq, yenə də (cihada getməmək üçün) səndən izn istəyirlər. Onlar (qadınlar, uşaqlar və əlillərdən ibarət) yerdə qalanlarla birgə qalmağa razı oldular. Allah onların qəlblərinə (bədbəxtlik) möhür(ü) vurub, buna görə də heç bilmirlər.
Kövsər Tağıyev:
Məsuliyyət ancaq imkanlı olduqları halda səndən izin istəyənlərədir. Onlar arxada qalan (qadın və uşaq)larla birlikdə olmağa razı oldular. Allah da qəlblərini möhürlədi. Artıq onlar bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Varlı olduqları halda səndən (cihada getməyə) izn istəyənlər sorğu- suala layiqdirlər. Onlar (döyüşə) getməyənlərlə qalmağa razıdırlar. Allah onların ürəklərinə möhür vurmuşdur, odur ki, onlar heç nə bilməzlər.
Sabirə Dünyamalıyeva:
Yol, ancaq varlı olduqları halda səndən icazə istəyən kəslərin əleyhinədir. Onlar, arxada qalanlarla birgə qalmağa razı oldular. Allah da onların qəlblərinin üzərinə damğa/möhür basdı. Buna görə də onlar bilmirlər.