Əlixan Musayev:
Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!
Elmir Quliyev
:
Провозгласи же то, что тебе велено, и отвернись от многобожников.
Ələddin Sultanov:
Sənə əmr olunanı açıq-aydın təbliğ et və müşriklərdən üz çevir!
Kerbelayi Malik ağa:
Artıq əmr olunduğun şeyi açıqca bildir və müşriklərdən üz çevir.
Ələsgər Musayev:
Sən nə ilə ki, əmr olunmusan əncam
ver və müşriklərdən üz döndər!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də, sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir.
Kövsər Tağıyev:
Ey Muhamməd! İndi sən, sənə əmr olunanı açıq bir şəkildə ortaya qoy və Allaha şərik qoşanlara fikir vermə.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənə buyrulduğunu bəyan et və müşriklərdən üz döndər!
Sabirə Dünyamalıyeva:
İndi sənə əmr edilən şeyləri açıqca təbliğ et və şərik qoşanlardan uzaqlaş.