Əlixan Musayev:
Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və (insanları) Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar.
Bünyadov-Məmmədəliyev:
Aralarınızdakı andlarını yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız möhkəm olduğu ikən sürüşər (imana gəldikdən sonra ondan xaric olarsınız) və (insanları) Allah yolundan döndərdiyinizə görə (dünyada) əzabı dadarsınız. (Hələ axirətdə də) sizi dəhşətli bir əzab gözləyir! (Peyğəmbərlə əhd bağladıqdan sonra hörmət, ehtiram qazanan şəxs sözündə möhkəm durmayıb əhdini pozsa, nüfuzunu itirər və özünü fəlakətə, məhvə düçar etmiş olar).
Elmir Quliyev
:
Не обращайте свои клятвы в средство обмана, чтобы ваша стопа не поскользнулась после того, как она твердо стояла, а не то вы вкусите зло за то, что сбивали других с пути Аллаха, и вам будут уготованы великие мучения.
Ələddin Sultanov:
Andlarınızı aranızdakı bir fitnə-fəsada çevirməyin! Yoxsa (İslamda) ayağınız möhkəmləndikdən sonra sürüşər və (insanları) Allahın yolundan döndərdiyinizə görə (dünyada) əzabı dadarsınız, (axirətdə də) böyük bir əzaba düçar olarsınız.
Kerbelayi Malik ağa:
Yəminlərinizi aranızda hiylə vasitəsinə çevirməyin. Elə etdiyiniz təqdirdə, ayağınızı yerə möhkəm basdıqdan (hidayətə ərdikdən) sonra sürüşər (dəlalətə düşərsiniz). Pisliyi dadarsınız. Allahın yolundan üz çevirdiyinizə görə sizin üçün böyük əzab vardır.
Ələsgər Musayev:
Andlarınızı yalana çevirib öz aranızda işlətməyin, ta
qədəmləriniz sabit olandan sonra büdrəyər və Allahın yolundan
sədd çəkdiyinizə görə dadarsınız pisliyi və sizin üçün əzəmətli
əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Andlarınızı öz aranızda fəsad və hiylə alətinə çevirməyin ki, məbada (sizin İslam və əməl yolundakı) qədəm(iniz) möhkəmləndikdən sonra titrəsin və Allah yolundan qaldığınıza, ya (başqalarını) Allah yolundan saxladığınıza görə (dünya) əzabını dadasınız və (axirətdə) sizin üçün böyük bir əzab olar.
Kövsər Tağıyev:
Andlarınızı aranızda hiylə və fitnə-fəsad səbəbi etməyin. Yoxsa sabitqədəm olduqdan sonra ayağınız sürüşər, Allahın yolundan azdığınıza görə pis əzabı dadarsınız. (Axirətdə də) sizin üçün böyük bir əzab olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Andlannızı aranızda məkr vasitəsi etməyin ki, ayaqlarınız möhkəm dayandığı halda, sonra sürüşməsin və (insanları) Allah yolundan yayındırmaqla pislik dadmayasınız. Axı sizə böyük əzab olar.
Sabirə Dünyamalıyeva:
Və andlarınızı aranızda aldatma və fitnə-fəsad vasitəsi etməyin. Sonra ayaq möhkəm basdıqdan sonra sürüşər və Allah yolundan çıxdığınız üçün əzabı dadarsınız. Böyük əzab da sizin üçündür.