Əlixan Musayev:
De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda (özünüzə) ölüm diləyin!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sən onlara (yəhudilərə) de. ”Əgər (sizin iddianıza görə) Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm istəyin!” (Çünki Cənnətin yalnız özünə aid olduğunu iddia edən kimsə ona qovuşmağa səbəb olan ölümü mütləq arzulayar).
Elmir Quliyev
:
Скажи: "Если Последняя обитель у Аллаха предназначена только для вас, а не для других людей, то пожелайте себе смерти, если вы говорите правду".
Ələddin Sultanov:
De: “Əgər Allah yanındakı axirət yurdu (cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və doğru deyirsinizsə, onda ölümü arzulayın!”
Kerbelayi Malik ağa:
De ki: ‘Allah dərgahındakı axirət yurdu digər insanların deyil, yalnız sizə məxsus isə, o halda əgər doğru deyirsinizsə, ölümü diləyin!’
Ələsgər Musayev:
De: «Əgər xalis sizin üçün oldu axirət evi Allah yanında
insanlardan başqa və onda təmənna edin ölüm, əgər oldunuz
sadiqlər!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər Allah yanında olan axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa, əgər doğruçusunuzsa onda ölümü arzulayın.»
Kövsər Tağıyev:
De ki: “Əgər (iddia etdiyiniz kimi) Allah qatındakı axirət yurdu (cənnət) digər insanlar üçün deyil, yalnız sizindirsə və doğru söyləyənlərsinizsə, onda ölümü istəyin!”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Əgər Allah dərgahında axirət evi başqa insanların deyil, yalnız sizin olsaydı və doğurdanda belə iddia edirsinizsə, onda ölüm arzulayın."
Sabirə Dünyamalıyeva:
De ki: "Allah yanında 'axirət evi' başqalara deyil, yalnız sizə məxsusdursa, əgər doğru deyirsinizsə, haydı dərhal ölümü istəyin."